• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

İordaniya kralı Trampla görüşə gedir

DÜNYA

02 Fevral 2025 | 23:46

İordaniya kralı Trampla görüşə gedir

İordaniya kralı Abdulla fevralın 11-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İordaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, ötən həftə Tramp İsrailin bombardmanından sonra "söküntü sahəsi" adlandırdığı Qəzzada evsiz qalan 2,3 milyon insanın Misir və İordaniya köçürülməsini demişdir. İordaniya isə Trampın təklifini rədd etmişdi.

Xatırladaq ki, İordaniya artıq minlərlə fələstinlini qəbul edib və daha on minlərlə insan Misirdə yaşayır. Hər iki ölkə və digər ərəb dövlətləri fələstinlilərin Qəzzadan öz ölkələrinə köçürülməsi ideyasını rədd edir.


SON XƏBƏRLƏR

02 Fevral 2025