• Bakı 22° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Tramp vurulduğu yerə gəldi

DÜNYA

06 Oktyabr 2024 | 09:20

Tramp vurulduğu yerə gəldi

Respublikaçılar Partiyasının ABŞ prezidentliyə namizədi Donald Tramp iyulda ona qarşı sui-qəsd cəhdi baş verdiyi yerdə seçicilərlə yenidən görüş keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, Pensivaniya ştatının Batler şəhərində kürsüdən çıxışı zamanı əvvəlcə seçiciləri ilə birlikdə iyul hadisəsində həyatını itirmiş Kori Kompratorun xatirəsini sükutla yad edib.

“Bu axşam o faciədən sonra Pensilvaniya sakinlərinə və Amerika xalqına sadə bir mesajı çatdırmaq üçün Batlerə qayıdıram. Amerikanı yenidən güclü etmək hərəkatımız daha güclü, daha qürurlu, daha mütəşəkkil, daha qətiyyətli və qələbəyə həmişəkindən daha yaxındır”,- deyə Tramp çıxışında bildirib.

Qeyd edək ki, Pensilvaniya ABŞ-da ən böyük seçici sayına malik və prezident seçkilərində həlledici ştatlardan biridir.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024