• Bakı 35° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Dünyanın ən hündür taxta göydələni tikiləcək

DÜNYA

05 Oktyabr 2024 | 17:07

Dünyanın ən hündür taxta göydələni tikiləcək

 ABŞ-nin Miluoki şəhərində taxtadan dünyanın ən hündür göydələni tikiləcək.

Bakıvaxtı.az xəbər verir ki, bina “Michael Green Architecture” tərəfindən layihələndirilib.

Hələlik göydələnin hündürlüyü ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, onun 55 mərtəbəyə qədər olacağını bildirib. Hal-hazırda da dünyanın ən hündür taxta binası Miluokidə yerləşir. Həmin tikili 25 mərtəbədən ibarətdir.

Çoxlu terrasa yer veriləcək binanın qülləsi qismən yaşıllıqlarla örtüləcək. Təklif olunan layihə üçün 700 milyon dollardan çox investisiya tələb olunur.


SON XƏBƏRLƏR

12 Iyul 2025