İspaniyada son bir həftədir təsirli olan güclü yağış bu dəfə ölkənin şimal-şərqindəki Kataloniya bölgəsini vurub.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Səlahiyyətlilər qeyd edib ki, yağışın vurduğu ziyana görə ən azı 50 təyyarə reysi təxirə salınıb, 17 təyyarə enişi başqa hava limanlarına istiqamətləndirilib.
Bundan əlavə, mümkün qəzanın qarşısını almaq üçün “Renfe” dəmir yolu şirkəti Kataloniyada bütün şəhərətrafı reyslərin müvəqqəti dayandırıldığını açıqlayıb.
Güclü yağış səbəbindən bəzi yolları su basdığı, magistralların giriş-çıxışlarında kilometrlərlə növbələrin yarandığı da müşahidə olunub.
Əli Hüseynov