İranın Rəzəvi Xorasan əyalətində bitki yağı fabrikində baş verən yanğın nəticəsində 4 nəfər həyatını itirib.
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bununla bağlı Nişapur yanğınsöndürmə briqadasının rəisi Əbülfəzl Əsədi açıqlama verib.
Onun sözlərinə görə, yanğından sonra fabrikdə partlayış baş verib.
Yanğınsöndürmə briqadaları tərəfindən nəzarət altına alınan yanğında ilkin təsbitlərə görə 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Xilasetmə qruplarının yanğın yerində işləri davam edir.
Gülşən Şərif