Avropa İttifaqı (Aİ) və Cənubi Koreya Şimali Koreyanın Rusiyaya qoşun göndərməsini kəskin şəkildə pisləyib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi bu barədə bəyanət yayıb.
Bildirilib ki, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Cozep Borrel ölkəyə səfəri çərçivəsində paytaxt Seulda müdafiə naziri Kim Yonqhyun ilə görüşüb.
Açıqlamaya görə, görüşdə tərəflər beynəlxalq ictimaiyyətlə razılaşdırılaraq razılığa gəliblər.
Əli Hüseynov