• Bakı C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Əraqçi: "Astana formatının üzvləri Dohada toplanacaq"

DÜNYA

04 Dekabr 2024 | 14:46

Əraqçi: Astana formatının üzvləri Dohada toplanacaq

Suriyada silahlı münaqişələrə son qoymağa həsr olunmuş Astana prosesinin üç qarant dövlətinin xarici işlər nazirləri Doha Forumu 2024 çərçivəsində Qətərin paytaxtında görüş keçirəcəklər.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Tehranda Nazirlər Kabinetinin iclası çərçivəsində jurnalistlərə açıqlama verən Əraqçi bildirib ki, Astana prosesinin nazirlər toplantısına Dohada rus və türk həmkarları ilə qatılacaq.

"Üç nazir Qətərin paytaxtında keçiriləcək Doha Forum 2024-də iştirak edəcək. Astana prosesinin qarşıdakı sessiyası Qətəri istisna edəcək", - deyə Əraqçi vurğulayıb.

Qeyd edək ki, İranın ali diplomatı Bağdad səfərindən sonra Qətərə gedəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Dekabr 2024