Cənubi Koreya kəşfiyyatı və hərbi rəsmilərinin bildirdiyinə görə Şimali Koreya Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasını dəstəkləmək üçün minlərlə hərbçi göndərib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Rusiyanın Şimali Koreyaya hərbi dəstək qarşılığında hər il 600-700 min ton düyü verəcəyi iddia edilirdi.
Bildirilib ki, bu qərar Rusiya hökuməti tərəfindən təsdiq edilib.
Həmçinin qeyd edilib ki, Rusiya əvvəllər Şimali Koreyaya 50 min ilə 100 min ton arasında düyü göndərib və indi verilən 600 min ilə 700 min ton arasında düyü bu yardımdan xeyli yüksəkdir.
Əli Hüseynov