• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Amfibiya təyyarəmiz Türkiyədəki meşə yanğınlarını söndürməyə davam edir - VİDEO

HADİSƏ

06 Oktyabr 2024 | 10:05

Amfibiya təyyarəmiz Türkiyədəki meşə yanğınlarını söndürməyə davam edir - VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

 


SON XƏBƏRLƏR

05 Oktyabr 2024