• Bakı C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

HADİSƏ

04 Noyabr 2024 | 20:41

İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Noyabrın 2-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfər şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Ədliyyə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri) bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi Məmmədovun yeri Almaniya Federativ Respublikasında müəyyən olunaraq həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə Nazirliyi tərəfindən  təqdimatı əsasında razılıq əldə olunaraq, A.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR

13 Dekabr 2024