• Bakı C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Azərbaycanda körpə doğuş vaxtı öldü - YENİLƏNİB

HADİSƏ

04 Noyabr 2024 | 17:36

Azərbaycanda körpə doğuş vaxtı öldü - YENİLƏNİB

Oktyabrın 31-də saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi, dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə Bakıvaxtı.az-ın Şimal-qərb bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub. Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub.
    02.11.2024-cü il tarixdə zahı evə yazılıb.
    Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

    ***

    13:22

    Zaqatalada doğuş zamanı körpə ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.

    Belə ki, rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü S.Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

    Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    13 Dekabr 2024