• Bakı 26° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Qızıl-zinət əşyaları və diş implantı hissələrinin ölkəyə gətirilməsinin qarşısı alınıb

HADİSƏ

04 Dekabr 2024 | 14:10

Qızıl-zinət əşyaları və diş implantı hissələrinin ölkəyə gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qızıl-zinət əşyalarının və diş implantı hissələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

    İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşından gömrük orqanlarına bəyan edilməyən, çəkisi 682 qram olan qızıl-zinət əşyaları və zərgərlik məmulatları, ona məxsus çamadandan isə 228 ədəd diş implantı hissələri aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    07 Sentyabr 2025