• Bakı 22° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Bakıda ata və oğul bir ailənin 3 üzvünü bıçaqladı - Ölən var

HADİSƏ

06 Oktyabr 2024 | 08:57

Bakıda ata və oğul bir ailənin 3 üzvünü bıçaqladı - Ölən var

Oktyabrın 6-da gecə saat 01 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, polis  əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb. 

Hadisə nəticəsində Q.Məlikov ölüb. 

Araşdırma aparılır.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024