• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

"Zelenskinin planı ABŞ-ı məhv edə bilər" - Bosniç

DÜNYA

05 Oktyabr 2024 | 18:00

Zelenskinin planı ABŞ-ı məhv edə bilər - Bosniç

"Zelenskinin “qələbə planı”, əslində, Rusiya ilə NATO arasında münaqişə başlatmaq istəyindən ibarətdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu serbiyalı hərbi ekspert Draqo Bosniç "İnfoBRİKS"ə açıqlamasında deyib.

“Zelenskinin planına görə, Ukraynanın məğlubiyyətinin qarşısını almaq üçün yeganə çıxış yolu Qərbin Moskva ilə müharibəyə başlamasıdır. Vaşinqtonda bir çoxları bu vəziyyətdən narazıdır. Çünki Rusiya nüvə silahlarının keyfiyyət və kəmiyyəti baxımından üstünlüyə malikdir. Belə bir qarşıdurma Amerikanın özünün sonu ilə nəticələnə bilər. Rusiyanın strateji arsenalının tayı-bərabəri yoxdur, bunu Pentaqon yaxşı başa düşür", - Bosniç vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri Zelenski 12 oktyabrda Ramşteyn formatında keçirilən görüşdə “qələbə planı”nı təqdim edəcəyini açıqlayıb.(axar.az)


SON XƏBƏRLƏR