• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb

İQTİSADİYYAT

05 Oktyabr 2024 | 15:39

Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Balıqçılıq və Balıqçılıq Məhsulları qurumunun əməkdaşları və ekokönüllülər iştirak ediblər.

Həmçinin Uzunoba su anbarına 50 min sazan balığı körpəsi, eyni zamanda, kəklik və turac quşları təbiətə buraxılacaq.


SON XƏBƏRLƏR

20 Dekabr 2024