• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Monqolustanın valyuta ehtiyatları 4,7 milyard dollara çatıb

İQTİSADİYYAT

04 Noyabr 2024 | 14:24

Monqolustanın valyuta ehtiyatları 4,7 milyard dollara çatıb

2024-cü ilin oktyabr ayının sonuna qədər Monqolustanın valyuta ehtiyatları artaraq 4,7 milyard dollar təşkil edib. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Monqolustan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata əsasən, artım Monqolustan kommersiya bankları tərəfindən xarici valyutanın alış-satış məzənnələrinin müəyyən edilməsinə yanaşmada düzəlişlər nəticəsində baş verib. 

Hazırda Monqolustan Mərkəzi Bankı qızıl-valyuta ehtiyatlarının ortamüddətli perspektivdə 6,5 milyard dollara çatdırılmasına xüsusi diqqət yetirməkdə davam edir.

Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin sonuna kimi Monqolustanın qızıl-valyuta ehtiyatları 4,8 milyard dollara çatıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Dekabr 2024