• Bakı 10° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.8492

    RUB - 0.0175

“Emirates” aviaşirkəti sərnişinlərə qadağa qoyub

DÜNYA

05 Oktyabr 2024 | 15:53

“Emirates” aviaşirkəti sərnişinlərə qadağa qoyub

“Emirates” aviaşirkəti sərnişinlərə peycer və radio aparatlarını təyyarəyə götürməyi və ya baqaja təhvil verməyi qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

"Dubaya, Dubaydan və ya Dubay üzərindən reyslərlə səyahət edən bütün sərnişinlərə əl yükü və ya baqajda peycer və radio aparatları daşımaq qadağan edilir. Əl baqajında ​​və ya baqajda ​​aşkarlanan bu cür əşyalar Dubay polisi tərəfindən müsadirə olunacaq", - məlumatda bildirilib.

Xatırladaq ki, sentyabrın 17-18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. “Hizbullah” və Livan baş verənlərə görə məsuliyyəti İsrailin üzərinə qoyub. İsrail hökuməti bununla bağlı hələ heç bir münasibət bildirməyib.(report)


SON XƏBƏRLƏR

03 Noyabr 2024