ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp 2020-ci il prezident seçkilərində uduzduğu zaman vəzifəsini tərk etməməli olduğunu bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Pensilvaniya ştatında təşkil edilmiş mitinqdə çıxışı zamanı bildirib.
Tramp 2020-ci ildə rəqibi ABŞ prezidenti Co Baydenə uduzduğu prezident seçkilərində qalib gəldiyini iddia edərək, bu müddət ərzində Ağ Evi tərk etməməli olduğunu bəyan edib.
Prezident olduğu dövrdə ölkədə sərhəd təhlükəsizliyinin ən yüksək səviyyədə olduğunu vurğulayan Tramp qeyd edib:
“Mən vəzifədən getməməliydim, çox yaxşı işlər gördük”.
Əli Hüseynov