• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Çexiyada polis əməkdaşları etiraz aksiyasına başlayıblar

DÜNYA

04 Noyabr 2024 | 15:00

Çexiyada polis əməkdaşları etiraz aksiyasına başlayıblar

Çexiyada polis əməkdaşları maaşlarının artırılması tələbi ilə etiraz aksiyasına başlayıblar. Onlar bir həftə ərzində kiçik qanun pozuntularına görə cərimə yazmayacaqlar.

Bakıvaxtı.az “Idnes” informasiya portalına istinadla xəbər verir ki, etiraz aksiyası noyabrın 4-dən 8-dək davam edəcək. Hazırda polis parklanma qaydalarının cüzi şəkildə pozulmasına, təhlükəsizlik kəmərlərinin bağlanmamasına və bir sıra digər qayda pozuntularına görə sürücüləri cərimələməkdən vaz keçir. Sürət həddini aşmaq, işıqforun qırmızı işığında yolayrıcını keçmək, sükan arxasında mobil telefondan istifadə etmək və ictimai təhlükəlilik dərəcəsi baxımından analoji hallara görə cərimə yazılması isə davam etdiriləcək.

Aksiyaya qoşulmaq niyyətində olan polis əməkdaşlarının sayı barədə məlumat verilmir. Portal etiraz aksiyasının təşkilatçılarından birinə istinadla bildirib ki, “ilk növbədə maaşın aşağı olmasından narazı qalan bir çox polis əməkdaşı aksiyaya qoşulacaq”.

Çexiyanın hakimiyyət orqanları vəziyyəti yoluna qoymaq və 2025-ci ildə polislərin maaşlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. /Azərtac


SON XƏBƏRLƏR