• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu gün Qazaxıstanda “sükut günü”dür

DÜNYA

05 Oktyabr 2024 | 17:44 | Müəllif: Gülşən Şərif

Bu gün Qazaxıstanda “sükut günü”dür

Bu gün, oktyabrın 5-də Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumdan əvvəl “sükut günü” başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “sükut günü” və bilavasitə referendum keçirilərkən hər hansı təşviqat fəaliyyəti qadağandır.

Oktyabrın 6-da 10 mindən çox, o cümlədən xaricdə 70-dən çox seçki məntəqəsi səsvermə üçün açılacaq. Seçici siyahılarına 12 milyondan çox vətəndaşın adı daxil edilib.

Atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumu 30 ölkədən 177 beynəlxalq müşahidəçi izləyəcək.

Xatırladaq ki, sentyabrın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində oktyabrın 6-da referendumun keçiriləcəyini bəyan etmişdi. Həmin gün səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarıdan çoxu iştirak edərsə, referendum etibarlı sayılacaq.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026