• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlandı 

DÜNYA

05 Oktyabr 2024 | 16:09

Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlandı 

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "İnstagram" olub.

Bakıvaxtı.az xəbər verir ki, hesabat dövründə "İnstagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 29,22% təşkil edib. Bu isə avqust ayı ilə müqayisədə 3,73 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,28 faiz bəndi azdır.

İstifadəçi sayına görə, ikinci yerdə 25,13% payla "Facebook" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 18,67 faiz bəndi az, ötən ilin eyni dövrü ilə müqayisədə 5,13 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 20,15% payla "Pinterest" olub. Bu, avqust ayı ilə müqayisədə 7,72 faiz bəndi, illik müqayisədə 8,15 faiz bəndi çoxdur.

Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 4,66 faiz bəndi, illik 2,73 faiz bəndi artaraq 12,73%-a çatıb. Sentyabr ayında "YouTube" istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.

Sentyabrda "X" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 0,7 faiz bəndi, illik 3,01 faiz bəndi artıraraq 6,6%-lə beşinci yerdə dayanıb.

İstifadəçi sayına görə, altıncı yeri isə 3,01% payla "Reddit" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,65 faiz bəndi, illik 2,51 faiz bəndi artırıb.


SON XƏBƏRLƏR

20 Dekabr 2024