• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Aİ bu avtomobillərə cərimə tətbiq edəcək

İQTİSADİYYAT

05 Oktyabr 2024 | 19:59 | Müəllif: Subhan Mahmudov

Aİ bu avtomobillərə cərimə tətbiq edəcək

Avropa İttifaqı (Aİ) Çindən gətirilən elektrik avtomobillərinə cərimə rüsumları tətbiq etmək qərarına gəlib.

Bakıvaxtı.az bildirir ki, Avropa Komissiyası Çin avtomobillərinə 35%-ə qədər rüsum müəyyən edib.

Brüssel Pekini hökumət subsidiyaları vasitəsilə elektromobillərin qiymətlərini süni şəkildə aşağı salmaqda ittiham edir. Avropada iddia edirlər ki, bu, qlobal bazarlarda ədalətsiz rəqabət yaratmağa səbəb olur.

Bu mövqeyi əsasən Almaniyanın xarici işlər naziri Annalena Berbok sərgiləyir. O hesab edir ki, Avropa bazarını haqsız rəqabətdən qorumaq lazımdır.

"Çin əvvəllər polad və günəş enerjisi ilə etdiyi kimi, Avropa və Almaniya bazarlarını kütləvi şəkildə subsidiyalaşdırılan elektrik avtomobilləri ilə doldurmaq istəyir. Bu addım Çini təcrid etmək deyil, ədalətli rəqabəti təmin etmək deməkdir. Biz Çinlə ticarət müharibəsi istəmirik, lakin biz də Pekinin ədalətsiz və bazarı pozan təcrübələrdən istifadə etməyə davam etməsinə icazə verməməliyik", - deyə Almaniya xarici işlər naziri bildirib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR