• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Rusiya: "ABŞ iqtisadi artım platformasında liderliyini itirir"

İQTİSADİYYAT

04 Noyabr 2024 | 17:02

Rusiya: ABŞ iqtisadi artım platformasında liderliyini itirir

"BRİCS ölkələri qlobal iqtisadi məkanda gücləndikcə, Qərbin iqtisadi artım platformasının təsiri zəifləyəcək". 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin deyib.

Onun sözlərinə görə, hazırda ABŞ banklarındakı depozitlərə və ABŞ dövlət istiqrazlarına nağd dollarla yatırılan investisiyaların həcmi 12,6 trilyon dollar təşkil edir:

"Əgər siz ABŞ-nin tədiyyə balansını açsanız, görərsiniz ki, dünyanın qalan hissəsinə maliyyə və sığorta sektorunda göstərilən xidmətlərin həcmi 200 milyard dollar təşkil edib. Hazırda vəziyyət dəyişir. BRİCS ölkələri qlobal iqtisadiyyatda getdikcə üstünlük təşkil etdikcə, qlobal iqtisadi artım platformasının dizaynı Qərb deyil, artıq BRICS ölkələrinə məxsus olacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR