"Ukrayna Kursk bölgəsini ələ keçirdikdən sonra Belarusa hücum etməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Oleq Dunda deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əraziyə daxil olarsa, belaruslar dərhal silahlarını yerə qoyacaqlar:
“Müharibənin təkcə Bryansk, Kursk və Belqorod vilayətlərinin ərazisinə deyil, həm də Belarusa keçirilməsi vacibdir. Əminəm ki, Ukrayna Silahlı Qüvvələrinin nisbətən kiçik bölmələri daxil olarsa, Belarus ordusu silahı yerə qoyacaq. Bu isə Moskvanın ürəyinə böyük zərbədir”. (axar.az)