• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə Haaqa məhkəməsinə rəsmi müraciət edəcək

DÜNYA

07 Avqust 2024 | 10:32 | Müəllif: Gülşən Şərif

Türkiyə Haaqa məhkəməsinə rəsmi müraciət edəcək

Türkiyənin Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində açdığı soyqırım iddiasına müdaxilə üçün Türkiyənin Haaqa məhkəməsinə rəsmi müraciət edəcəyi gözlənilir.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki,  Türkiyənin müraciəti Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsinin 63-cü maddəsinə əsaslanır.

Bu maddə işin bilavasitə tərəfi olmayan şəxslərə şamil edilir. Lakin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı imzalamış dövlətlərin işlərdə iştirakını təmin edir. 

Türkiyədən başqa digər ölkələr də məhkəmədə iştirak etmək üçün müraciət ediblər. Müraciət təsdiqlənəndən sonra işdə iştirak edən tərəflərin (Cənubi Afrika və İsrail) yazılı rəyləri alınacaq. Əgər tərəflər etiraz edərsə, məhkəmə müdaxilə etmək istəyənləri və tərəfləri dinləyəcək. 

Analitiklərə görə, Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımlar və qırğınlarla bağlı 3 və ya 4 qərarı var. Ona görə də məhkəmə ilə bağlı veriləcək son qərar yalnız Cənubi Afrika, İsrail və ya Türkiyəyə deyil, hər kəsə təsir edəcək. Türkiyə və digər müdaxiləçilərin tezislərinin nəzərə alınması və qərarın çıxarılması beynəlxalq hüququn formalaşması üçün vacibdir. Bunlar dinlənilməsə, onun formalaşması mümkün olmayacaq. Əgər məhkəmə "soyqırım yoxdur" desə, qərar Türkiyə üçün məcburi olacaq. 

Bu günə qədər Cənubi Afrikanın İsrailə qarşı açdığı iddiada iştirak edən və ya iştirak edəcəklərini bəyan edən ölkələr Türkiyə, İspaniya, İrlandiya, Belçika, Meksika, Kolumbiya, Nikaraqua, Liviya, Maldiv adaları, Çili və Kuba olub. Bu ölkələrin müraciətləri hələ də BƏM tərəfindən təsdiqlənməyib. İsrailin xeyrinə işdə iştirak etmək niyyətini bəyan edən yeganə ölkə Almaniyadır. 

Qeyd edək ki, Cənubi Afrika 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırıb. O, İsraili Soyqırım Konvensiyasını (Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasını) pozmaqda ittiham edib. Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrikanın tələbi ilə yanvar ayından etibarən verdiyi üç ayrı müvəqqəti qərarda İsrailin Qəzza zolağına hücumlarını dərhal dayandırması barədə qərar verib. İsrail hökuməti isə Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi müvəqqəti qərarlara əməl etməyəcəyini açıqlayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026