Venesuela prezidenti Nikolas Maduro prezident seçkilərindən sonra baş verən zorakılıqlarda saxlanılanların sayının 2229-a yüksəldiyini açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Özəl televiziyada özü üçün hazırlanan proqramda gündəmlə bağlı açıqlamalar verən Maduro təhlükəsizlik qüvvələrinin ictimai mallara ziyan vuran, küçələri yanğın yerinə çevirənlərə dözmədiyini bildirib.
Maduro bildirib ki, saxlanılan 2229 nəfər yüksək təhlükəsizlik Tocoron və Tocuyito həbsxanalarına aparılacaq.
Əli Hüseynov
















