• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Ölkədən qaçmaq istəyirdi - aeroportda saxlanıldı

HADİSƏ

08 Iyul 2024 | 13:34

Ölkədən qaçmaq istəyirdi - aeroportda saxlanıldı

Axtarışda olan şəxs ölkədən qaçmaq istəyərkən hava limanında polislər tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərlə əlaqəli cinayətə görə axtarışda olan 1987-ci il təvəllüdlü Fuad Əsgərov Beynəlxalq Hava Limanı ərazisində xarici ölkələrdən birinə uçmaq istəyən zaman müəyyən edilərək saxlanılıb.

O, istintaqa təhvil verilib. Araşdırmalar aparılır.

***

Polis əməkdaşları hava limanında daha bir şəxsi saxlayıb. Belə ki, İsveçrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə beynəlxalq axtarışda olan Moldova vətəndaşı 1987-ci il təvəllüdlü Postolachi Petru Bakı şəhərində hava limanı ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılması üçün həmin şəxs də aidiyyatı üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024