• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

AVRO-2024: İspaniya - Fransa matçı bu hakimlərə tapşırıldı

İDMAN

08 Iyul 2024 | 10:21

AVRO-2024: İspaniya - Fransa matçı bu hakimlərə tapşırıldı

Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinalında baş tutacaq İspaniya - Fransa matçının hakimləri müəyyənləşib.

Bakıvaxtı.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı sloveniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcək. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.

VAR hakimi Neyts Kaytazoviç, onun köməkçiləri isə italiyalı Paolo Valeri və Massimiliano İrrati olacaq.

Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da keçiriləcək.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024