• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Qusarın yeni icra başçısı kimdir? - DOSYE

CƏMİYYƏT

08 Iyul 2024 | 14:26

Qusarın yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bakıvaxtı.az Qusarın yeni icra başçısının dosyesini təqdim edir:

S.Məmmədxanov 1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu illərdə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

1999-cu ildə "İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.

2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin 04 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. 29 mart 2016-cı ildən isə Vergilər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Bu təyinatadək iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024