• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ərdoğan Vaşinqtona gedəcək

SİYASƏT

08 Iyul 2024 | 10:22 | Müəllif: Gülşən Şərif

Ərdoğan Vaşinqtona gedəcək

İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammiti üçün Vaşinqtona səfər edəcək. 

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, NATO-nun 75-ci ildönümünün qeyd olunacağı zirvə toplantısında 32 üzvlü ittifaqın dövlət və hökumət başçıları iştirak edəcəklər.

Sammitdə Ərdoğanın İsrailin Qəzzada törətdiyi qırğınların dayandırılması və daimi sülhün əldə olunmasına dair qiymətləndirmələr aparacağı gözlənilir. O, sammit çərçivəsində bir çox ikitərəfli görüşlər keçirəcək.

Liderlər iyulun 11-də NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026