• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gürcüstan prezidenti: "Azərbaycan-Ermənistan münaqişəsi hələ bitməyib"

SİYASƏT

06 Avqust 2024 | 13:52 | Müəllif: Gülşən Şərif

Gürcüstan prezidenti: "Azərbaycan-Ermənistan münaqişəsi hələ bitməyib"

"Azərbaycan və Ermənistanın danışıqlar aparması üçün görüşdüyü platforma ola bilərik".

Bakıvaxtı.az "İnterpress.Ge"yə istinadən xəbər verir ki, bunu yerli və beynəlxalq mətbuat nümayəndələri üçün keçirdiyi görüşdə çıxış edən Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

O, görüş zamanı Fransanın Ermənistana silah tədarükünü davam etdirməsinin Cənubi Qafqaza, o cümlədən Gürcüstanda daimi sülhün bərqərar olmasına və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə mümkün təsirlərinə toxunub.

"Azərbaycan-Ermənistan münaqişəsinə son qoyulması Gürcüstan üçün vacibdir. Gürcüstanın iki ölkə arasında aparılan danışıqlara böyük töhfə verməsi üçün onların görüşdüyü platforma və məkan ola bilərik", - deyə Zurabişvili qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026