• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Dmitriy Peskov: “Türkiyənin sülh platforması fikrini dəstəkləyirik”

DÜNYA

08 Iyul 2024 | 13:58

Dmitriy Peskov: “Türkiyənin sülh platforması fikrini dəstəkləyirik”

“Müharibədən təsirlənən ölkələr olaraq, diplomatiyaya üstünlük verən bir sülh platformasının yaradılmasına ehtiyac var. Bu, proseslər üçün tamamlayıcı xarakter daşıyacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

Peskov bildirib ki, Vladimir Putinin Ukrayna probleminin diplomatik təşəbbüslərlə həll olunmasının tərəfdarıdır: 

"Əlbəttə, biz heç vaxt danışıqlardan əl çəkmədik. Əksinə, bütün əlaqədar tərəflərin iştirakı ilə danışıqların aparılmasının tərəfdarı idik. Hələlik belə bir platforma yoxdur və biz bu məsələdə Hakan Fidanla razılaşırıq” -, deyə Kremlin mətbuat xidməti rəhbəri əlavə edib. 

Xatırladaq ki, bu mövzuyla bağlı fikirləri Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan uşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Xarici İşlər Nazirləri Şurasının toplantısındakı çıxışında diqqətə çatdırıb.
 

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Oktyabr 2024