• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ölkəni düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram - Saakaşvili

DÜNYA

07 Avqust 2024 | 13:12

Ölkəni düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram - Saakaşvili

"Mən Gürcüstanı düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram".

Bakıvaxtı.az.az xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili avqust müharibəsinin 16-cı ildönümündə feysbuk səhifəsində paylaşıb.

“2008-ci ildə ordumuz mövcudluğunu qorudu, insanlar küçələrə çıxdı, mən paytaxtda qaldım və dünyanı ayağa qaldırdım, tərəfdaşlarımız Tiflisə gəldi, amerikalılar donanmanı Gürcüstan dövlətçiliyini xilas etmək üçün göndərdilər. Mən ancaq Gürcüstanı düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram. Onda düşmən bizi tuta bilmədi. Bu faciədir ki, öz gücümüzlə müdafiə etdiyimiz şeyi indi yenə qazanmalıyıq. Oktyabrın 26-da (parlament seçkilərində - red.) biz 1991-ci ildən sonra Gürcüstanın müstəqilliyini və azadlığını bir daha bərpa etməliyik”, - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026