• Bakı 22° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Hər iki tərəf sülhdən danışır, amma... - Qərb Rusiya ilə müharibənin davam etməsində maraqlıdır

DÜNYA

06 Sentyabr 2024 | 13:03

Hər iki tərəf sülhdən danışır, amma... - Qərb Rusiya ilə müharibənin davam etməsində maraqlıdır

“Sülh qapısı həmişə açıqdır, amma söhbət ondan gedir ki, Rusiya və Ukrayna arasında sülh necə və hansı parametrlərlə olacaq”.

Politoloq Bakıvaxtı.az-a politoloq İlqar Vəlizadə prezident Vladimir Putinin Rusiyanın 2022-ci ildə İstanbulda əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazır olması barədə dediklərinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, əslində görünən odur ki, müharibə daha şiddətli fazaya qədəm qoymaqdadır. Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində daha böyük həcmli silahlardan, ağır hərbi texnikalardan istifadə olunmasından söhbət gedir. Taktiki nüvə silahının istifadəsindən ara-sıra söz açırlar:

“Müharibə Rusiya ərazisinə keçib. Artıq müharibə idarəolunmaz situasiyaya yaxınlaşmaq üzrədir. Hazırda hər iki tərəf sülhdən danışır. Amma Ukrayna prezidenti Vladimir Zelenskinin sülh planı ilə Rusiyanın sülh planı bir-birinə tamamilə ziddir. Tərəflərin mövqeyinin bir araya gətirilməsi qeyri-mümkündür”.

İlqar Vəlizadə: Savaşın davam etməsi həm də Rusiyanın zəifləməsinə xidmət edir

Müsahibimizə görə, rəsmi Moskva Çin, Hindistan, Braziliya kimi ölkələrin vasitəçilik missiyasını gündəmə gətirməklə ən azından müharibənin dayandırılmasına nail olmaq istəyir. Sonrakı mərhələdə isə müzakirələrin başlanmasını istəyir.

“Sözün açığı indiki mərhələdə Qərb bunu arzulamır. Qərb ölkələri Rusiya ilə müharibənin davam etməsində maraqlıdır. Çünki ABŞ və Avropa dövlətlərinin rəhbərləri öz ictimaiyyətlərinə başa salmalıdırlar ki, bu illər ərzində Ukraynaya kömək etməklə nəyə nail olublar, qazancları nə olub. İndiki vəziyyət onları qane etmir və belə durumda Qərb cəmiyyətlərinə izah etmək olmaz ki, bu qədər silah-sursat, maliyyə hara, nəyə sərf olunub. Ona görə də hələlik sülhə yox, müharibənin davam etməsinə yönəlik addımlar atırlar. Savaşın davam etməsi həm də Rusiyanın zəifləməsinə xidmət edir", - deyə İlqar Vəlizadə bildirib.

Qeyd edək ki, prezident Vladimir Putin ölkəsinin 2022-ci ildə İstanbulda (Türkiyə) əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazır olduğunu bəyan edib. O, Moskvanın danışıqlardan heç vaxt vaz keçmədiyini bildirib:

"Amma bəzi xüsusi tələblər əsasında yox, İstanbulda razılaşdırılan və faktiki paraflanan sənədlər əsasında”.

Putinin sözlərinə görə, o zaman mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri razılaşdırılıb, amma sonra Böyük Britaniya prosesə müdaxilə edib və Ukrayna hakimiyyəti başqa yol tutub.

Rusiya lideri onu da qeyd edib ki, Çin, Hindistan və ya Braziliya sülh danışıqlarında vasitəçi ola bilər:

“Bu məsələdə tərəfdaşlarımızla daimi əlaqə saxlayıram. Şübhə etmirəm ki, bu ölkələrin rəhbərləri bu mürəkkəb prosesin bütün təfərrüatlarını başa düşməyə kömək etməyə səmimiyyətlə sadiqdirlər”.

Ukrayna prezidenti Vladimir Zelenski də deyib ki, Ukraynada sülh üzrə ikinci sammitdə Rusiya tərəfinin nümayəndələri də mütləq təmsil olunmalıdır.

O əlavə edib ki, ölkəsi tərəfdaşları ilə birlikdə müharibənin başa çatması üçün detallı bir plan hazırlayır:

“Biz Putinin səbəb olduğu böhranların hər biri üzrə ətraflı müzakirələr aparırıq. Onu ikinci sammitdə təqdim edəcəyik. Başa düşürük ki, Rusiya tərəfinin iştirakı olmadan müharibəni diplomatik yolla başa çatdırmaq çox çətin olacaq. Rusiyanın ikinci zirvə görüşündə təmsil olunmasını bizdən tərəfdaşlarımız istəyib”.

Aydın Baxış


SON XƏBƏRLƏR

16 Sentyabr 2024