• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kamala Harris öndədir: Trampın nəticələri...

DÜNYA

07 Avqust 2024 | 12:43 | Müəllif: Əli Hüseynov

Kamala Harris öndədir: Trampın nəticələri...

ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərlə bağlı sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisdən 3 xal geri qalıb.

Bakıvaxtı.az bu barədə yerli KİV-lərə istinadla xəbər verir.

Amerika NPR radiosu, PBS televiziyası və Marist Kollecinin birgə keçirdiyi sorğuya əsasən, Harrisin performansı əvvəlki sorğularla müqayisədə yaxşılaşmış kimi görünür.

ABŞ vitse-prezidenti Harris 51 faiz səslə rəqibi Trampı 3 xal qabaqlayaraq seçki yarışını davam etdirir.

Respondentlərin 53 faizi Harrisin demokratiyanı Trampdan daha yaxşı qoruyacağını düşünür.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026