İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 26 fələstinlini saxladığı bildirilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdə basqınlarını davam etdirdiyi bildirilib.
Açıqlamada İsrail ordusunun İordan çayının qərb sahilində gecə və səhər saatlarında həyata keçirdiyi basqınlarda ən az 26 nəfəri həbs etdiyi qeyd edilib.
Bununla da İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə nəzarətə aldığı fələstinlilərin sayının 10 minə çatdığı deyilib.
Əli Hüseynov