ABŞ prezidenti Co Bayden Ukrayna üçün yeni müqavilə imzalayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
Məlumata görə, Bayden Ukraynaya 250 milyon dollar məbləğində hərbi yardım göstərmək üçün müqavilə imzalayacaq.
“Bu, bizə Ukraynanın dəyişən ehtiyaclarını ödəmək üçün potensial yaratmağa imkan verəcək. Biz isə onları müharibə sürəti ilə təchiz edəcəyik”, - müdafiə idarəsinin rəisi bildirib.
Qeyd olunub ki, bu qərar Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi, eləcə də onların Donbassdakı çətin vəziyyəti fonunda qəbul edilib.
Mina Mikayılova
















