• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Xəzərdə balıqların kütləvi ölümü: İlk növbədə... - AÇIQLAMA

CƏMİYYƏT

08 Iyul 2024 | 12:18

Xəzərdə balıqların kütləvi ölümü: İlk növbədə... - AÇIQLAMA

Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisinə düşən sahillərində balıqların kütləvi ölümü qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxışın keçirildiyini və ölmüş balıqlardan nümunələr götürüldüyünü bildirib.

Bəs görəsən, balıqların kütləvi ölümünə hansı amillər təsir edir?

Ekoloq Rövşən Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, balıqların ölümündə hava şəraitinin təsiri danəlmazdır.

Onun sözlərinə görə, ilin bu vaxtlarında sahil əraziləri, xüsusən də dayaz ərazilərdə suyun temperaturu çox qızır və şaquli sirkulyasiya qısalır. Nəticədə oksigen suda çox qala bilmir və sudan ayrılır. Bu isə balıqların yaşam mühitinə ciddi şəkildə təsir edir.

Rövşən Abbasov, ekoloq

Ekoloq vurğulayıb ki, son illər Xəzər dənizinin səviyyəsi çox sürətlə düşür.

"Xəzərdə oksigeni olmayan sözügedən yaşayış əraziləri xeyli dərəcədə artıb. Bu isə balıqların kütləvi şəkildə ölümünə səbəb olan digər amillərdən biridir. Təəssüf ki, hansısa formada bu problemin qarşısını almaq mümkün deyil", - deyə Rövşən Abbasov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Oktyabr 2024