• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Türkiyə daha 150 ədəd "KAAN" təyyarəsi istehsal edəcək

DÜNYA

08 Iyul 2024 | 11:11

Türkiyə daha 150 ədəd KAAN təyyarəsi istehsal edəcək

Türkiyə müttəfiq ölkələr üçün daha 150 ədəd "KAAN" pilotsuz döyüş təyyarəsi istehsal edəcək.

Bakıvaxtı.az “Star”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin TUSAŞ şirkətinin baş katibi Mehmet Demiroğlu bildirib.

Bu planın konkret olaraq hansı müddətə icra ediləcəyi açıqlanmasa da, qardaş və müttəfiq ölkələrdən bu döyüş təyyarəsinə çox ciddi maraq olduğu vurğulanıb

"Qarşıdakı illərdə, ilk növbədə, öz Hava Qüvvələrimizin ehtiyaclarını ödəmək şərti ilə cəmi 250-300 ədəd "KAAN" istehsal etməyi planlaşdırırıq", -M.Demiroğlu deyib.

Qeyd edək ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024