• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İran azərbaycanlılarının hüquqları:  Yeni prezidentdən möcüzə gözləmək sadəlövhlük olardı

SİYASƏT

08 Iyul 2024 | 14:06

İran azərbaycanlılarının hüquqları:  Yeni prezidentdən möcüzə gözləmək sadəlövhlük olardı

 “İranda bir dönəm mühafizəkar, ikinci dönəm islahatçı obrazlı prezident gətirilir”.

Bunu İranda keçirilən prezident seçkilərinin nəticələrini Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Tural İrfan deyib.

Ekspertin sözlərinə görə, Məsud Pezeşkianın prezident olması labüd idi:

"Pezeşkianın verdiyi vədlərin yalnız ali dini liderin və əsas ideoloji dairələrin süzgəcindən keçiriləndən sonra real olub-olmayacağı bilinəcək. Çox namizəd səs toplayana qədər vədlər verirlər. Ancaq posta gələndən sonra o vədlərin nə dərəcədə reallaşacağı sual altına düşür”.

Müsahibimiz qeyd edibn ki, mühafizəkar gəlir, müəyyən radikal addımlar atır, sərt siyasət aparır. Bu da özbaşına olmur, dövlətin ideoloji müəlliflərinin siyasətini icra edir və müəyyən qədər özünə müxalifət yaradır, xarici siyasətdə də gərginlik meydana gəlmiş olur:

“Əgər bu gərginliyi siyasi güc vasitəsi ilə aradan qaldıra bilirsə, ikinci dönəm də onun prezident saxlanmasına rəy verilir. Yaxud özü olmasa da, yerinə başqa mühafizəkar namizəd gəlir. Yox gərginlik əsasən xarici siyasətdə və əhalinin müxalif cəbhəsində narazılığı dərinləşdirirsə, onda dərhal üzdə "islahatçı" obrazında yeni namizəd ortaya çıxarılır. Ortamı yumşaltmaq üçün gərginliyin üstünə bir müddət su səpilir. Hazırda da eyni situasiyadır".

Analitik vurğulayıb ki, mərhum İbrahim Rəisi mühafizəkar idi, apardığı sərt siyasət xarici əlaqələri, əsasən Qərblə münasibətləri daha gərginləşdirmişdi:

"Daxildə də narazı kütlə artmışdı. Mitinqlər, hicabdan kütləvi imtina və sair kimi etiraz dalğaları həftələrlə davam etmişdi. Məhz bu durumu dəyişmək, üzdə fərqli mühit görüntüsü yaratmaq üçün mütləq bu dəfə islahatçı prezident olmalı idi. Azərbaycanlıların hüquqları ilə bağlı şübhəsiz ki, yumşaq addımlar atılacaq. Anacaq bu Azərbaycan əsilli vətəndaşlara görə yox, daxildəki gərginliyi azaltmaq üçün olacaq. Bu, yeni seçilən prezidentin mövqeyinə görə deyil, ali dini liderin mövqeyinə gərə belə olacaq”.

Tural İrfan :İbrahim Rəisinin sərt siyasəti xarici əlaqələri, əsasən Qərblə münasibətləri daha gərginləşdirmişdi

Ekspertin sözlərinə görə, Məsud Pezeşkianın prezident olması labüd idi:

T.İrfan hesab edir ki, əvvəlki prezidentin dönəmində də bu yumşaqlıq baş verə bilərdi. Amma o zaman hakimiyyətin üsyanlar qarşısında geri çəkilməsi təəssüratı yaracaqdı ki, bu da İran rejiminin zəifliyini ortaya qoya bilərdi:

“Ona görə məhz bu islahat tipli yumşalmanı hazırkı prezidentin simasında icra edəcək ki, ona səs verən, əsasən Azərbaycan əsilli vətəndaşlar ram olsun. Azərbaycan əsilli vətəndaşlar üçün müəyyən təşəbbüslər və müəyyən addımlar şübhəsiz ki, atılacaq. Əvvəlkilərə nisbətən iri addımlarla olacaq. Dil, məktəb, digər hüquqlarla bağlı da ali dini liderin proqramını icra edən prezident şübhəsiz ki, söz verdiyi seçicilərinin etimadını doğrultmaq üçün islahat görüntülü işlər görəcək. Amma dövlətin ümumi ideoloji siyasətini dəyişmək iqtidarında olmayan prezidentdən möcüzə də gözləmək sadəlövhlük olardı".

Qeyd edək ki, İranda keçirilən prezident seçkilərinin ikinci turunda islahatçı Məsud Pezeşkian mühafizəkar Səid Cəliliyə qalib gəlib. Seçki Qərargahının məlumatına görə, 30,53 milyon bülletenin nəticələrinə əsasən, doqquzuncu prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb. Rəqibi Səid Cəlili isə 13,538 milyon səs yığa bilib. Seçici fəallığı 49,8 faiz təşkil edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

05 Oktyabr 2024