• Bakı 22° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Səudiyyədə 1000 metrlik qüllə inşa olunur

DÜNYA

06 Oktyabr 2024 | 13:29

Səudiyyədə 1000 metrlik qüllə inşa olunur

Səudiyyə maqnatı Şahzadə əl-Valid bin Təlal 1000 metr hündürlüyündəki Ciddə Qülləsi layihəsinin yenidən icrasına başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şahzadə özünün X hesabında məlumat verib.

“Biz qayıtdıq”, - şahzadə X hesabında yazıb.

Məlumata görə, qüllənin inşası 1.9 milyard dollara başa gələcək və 2028-ci ildə hazır olacaq. Onun dünyanın ən hündür binası olacağı bildirilir.

Qeyd edək ki, qüllənin inşası 2017-ci ildə antikorrupsiya kampaniyası səbəbindən dayandırılmışdı.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024