ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun Təl-Əvivə dəstəyini bir daha bəyan edərək İranın İsrailin hücumlarına cavab verməməli olduğunu bildirib.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Belə ki, Nazirliyin mətbuat katibi Pat Rayder mətbuat konfransında bu barədə məlumat verib:
"ABŞ hökuməti olaraq İranın İsrailin hücumlarına cavab verməməsi lazım olduğunu düşünürəm. Əgər onlar cavab verməyi seçsələr, əlbəttə ki, İsraili dəstəkləyəcəyik".
ABŞ-nin yaxın aylarda Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirəcəyinə işarə edən Rayder bölgəyə B-52 bombardmançılarının göndərildiyini vurğulayıb.
Əli Hüseynov















