ABŞ-ın Konqres binasına hücumla bağlı həbs cəzasını çəkən Ağ Evin keçmiş müşaviri Piter Navarro Donald Trampın ikinci administrasiyasında işə qayıdacaq.
Bakıvaxtı.az xəbər verir ki, Tramp özünün “Truth" sosial şəbəkəsində bildirib ki, onun ilk prezidentliyi dövründə ticarət müşaviri kimi çalışmış Navarro yeni dönəmdə ticarət və istehsal üzrə baş məsləhətçi olacaq.
Tramp yazıb ki, bu mövqe “Piterə Ağ Evdəki geniş təcrübəsindən, eləcə də siyasi təhlil və media əlaqələri sahəsində geniş bacarıqlarından istifadə etməyə imkan verir”.