Taylandda quyuya düşən turist 3 gün köməksiz qalıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Taylandın Tak əyalətindəki bir meşədə 12 metrlik tərk edilmiş quyuya düşən turist üç gün boyunca kömək çağırışları edib.
Hadisə yerinə gələn xilasedicilər və polis işçiləri səsləri izləyərək quyunun dibində zəifləmiş vəziyyətdə olan Çin vətəndaşını tapıblar. Təxminən yarım saat sonra o, xilas edilərək çıxarılıb.
Zərərçəkən bildirib ki, yemək və su olmadan üç gün və gecə quyu dibində qalıb. Gücünü qorumaq üçün saatda bir dəfə kömək çağırışları edib. Yerli sakinlər son üç gündə gecələr artan qorxulu səsləri eşitdiklərini təsdiqləyiblər. Onlar bunun xəyaldan qaynaqlandığını zənn edərək səsin mənbəyini araşdırmağa cəsarət etməyiblər.
Turistin sol bilək sümüyünün qırıldığı, beyin silkələnməsi və bədənində çoxsaylı hematomlar olduğu qeyd edilib. O, dərhal xəstəxanaya çatdırılıb.
Nuriyyə Musayeva