• Bakı C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

 Kallas: "Aİ ilə Ermənistan arasında əməkdaşlıq möhkəmlənir"

DÜNYA

05 Dekabr 2024 | 11:08

 Kallas: Aİ ilə Ermənistan arasında əməkdaşlıq möhkəmlənir

"Avropa İttifaqı ilə Ermənistan arasında əməkdaşlıq bütün sahələrdə, təhlükəsizlik və davamlılıqdan tutmuş demokratik islahatlara qədər möhkəmlənir".

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Tərəflər Ararat Mirzoyan və Kaya Kallas Maltada ATƏT-in Nazirlər Konfransı çərçivəsində görüşüblər.

"Mən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşməyimə şadam. Aİ-Ermənistan əməkdaşlığı bütün sahələrdə - təhlükəsizlik və davamlılıqdan tutmuş demokratik islahatlara qədər möhkəmlənir. Mən regionda uzunmüddətli sülhün təşviqinə sadiq olduğumu bir daha təsdiqlədim", - deyə Kallas bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

24 Yanvar 2025