• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp: "Rekord sayda müsəlman məni dəstəkləyir"

DÜNYA

05 Noyabr 2024 | 12:31 | Müəllif: Əli Hüseynov

Tramp: "Rekord sayda müsəlman məni dəstəkləyir"

ABŞ-də prezident seçkilərinin Respublikaçı namizədi Tramp Miçiqan ştatında rekord sayda müsəlmanın dəstəyini aldığını iddia edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Miçiqan ştatında rekord sayda müsəlman və ərəb seçicinin dəstəyini aldığını iddia edib.

X sosial media platformasındakı paylaşımında Tramp Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kabinetini “istirahətçilər” adlandırıb.

ABŞ-nin siyasi tarixində ən böyük və ən geniş koalisiyanı qurduqlarını iddia edən Tramp qeyd edib:

"Bura Miçiqanda sülh istəyən rekord sayda ərəb və müsəlman seçici daxildir”.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026