• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan Qırğızıstanın ali mükafatı ilə təltif edildi

DÜNYA

05 Noyabr 2024 | 12:54

Ərdoğan Qırğızıstanın ali mükafatı ilə təltif edildi

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı respublikanın ali dövlət mükafatı - birinci dərəcəli “Manas” ordeni ilə təltif edib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, orden Bişkekdə prezident administrasiyasının “İntımak Ordo”nun yeni binasında liderlərin görüşü zamanı təntənəli şəkildə təqdim edilib.

Japarov bildirib ki, orden Ərdoğanın Qırğızıstan və Türkiyə arasında əlaqələrin dərinləşməsinə verdiyi böyük töhfəyə görə verilib.

Qeyd edək ki, birinci dərəcəli “Manas” ordeni Qırğızıstanın ən yüksək mükafatıdır. Onlar ölkənin və demokratik cəmiyyətin, xalqın birliyinin qorunması və möhkəmləndirilməsi, dövlətin iqtisadi, intellektual və mənəvi potensialının artırılması sahəsində müstəsna xidmətlərinə görə təltif edilirlər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026