• Bakı 22° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

CƏMİYYƏT

06 Oktyabr 2024 | 12:38

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024