• Bakı 29° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Məleykə Abbaszadə: Güclü bilik iqtisadiyyatının formalaşdırılmasını hədəfləmişik

CƏMİYYƏT

05 Iyul 2024 | 15:59

Məleykə Abbaszadə: Güclü bilik iqtisadiyyatının formalaşdırılmasını hədəfləmişik

Güclü bilik iqtisadiyyatının formalaşdırılmasını hədəfləmişik.

Bakıvaxtı.az xəbər verir ki, bunu dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılışında çıxış edərkən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, insan kapitalı inkişaf etməsə, innovasiyalı gələcək mümkün olmayacaq:

"Bu baxımdan, "Yüksəliş" müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır. Təhsil sistemi müasir cəmiyyətin tələblərinə cavab vermək üçün qabaqlayıcı olmalıdır. Əvvəllər ali təhsillə əldə olunmuş biliklər 20-25 il qüvvədə idisə, bu gün bu zaman 5-7, hətta bəzi sahələrdə 2-3 ilə qədər azalıb. Yəni ali təhsil zamanı öyrədilən biliklərin aktuallığı qısa çəkir", - sədr qeyd edib.


SON XƏBƏRLƏR