• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

“Bozqurd” mübahisəsinə son qoydu: Bu, Türkiyə tarixində...

DÜNYA

05 Iyul 2024 | 13:48

“Bozqurd” mübahisəsinə son qoydu: Bu, Türkiyə tarixində...

Türkiyə millisinin Avstriya yığması üzərində qələbəsi zamanı futbolçu Merih Dəmiralın vurduğu qolun sevincini "Bozqurd" simvolu ilə qeyd etməsi müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu simvolun “siyasi” olduğunu iddia edənlərlə yanaşı “tarixi” olduğunu söyləyənlər də az deyil.

Tarixçi prof. Dr. İlber Ortaylı “Bozqurd” simvolu və onun türk tarixindəki yeri ilə bağlı dəyərləndirmələr aparıb. Onun sözlərinə görə, türk tarixində “Bozqurd” bir simvol, bir bütdür.

“Bu, sadəcə bir partiyanın və ya qrupun simvolu deyil. Biz çöldən gələn millətik. Ona görə də canavar bizim üçün vacib və mənalı simvoldur. Bunun dastanları, hekayələri var. Canavar həyat uğrunda mübarizədə çox bacarıqlıdır” deyə İlber Ortaylı qeyd edib ki, ona görə də onun həyat və azadlıq uğrunda mübarizə aparan xalqlar üçün xüsusi simvolik dəyəri və əhəmiyyəti var.

Tarixçi vurğulayıb ki, Qurtuluş savaşında simvol kimi də mövcud olub:

“Bunu svastika və nasistlərlə analogiya çəkmək cəfəngiyyatdır. “Bozqurd” kiminsə ağlından çıxan və sonradan yaranan simvol deyil”.

Murad Məmmədli


SON XƏBƏRLƏR